İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ İran ətrafında kəşfiyyat uçuşları ilə Tehrana bu mesajı verir – Polkovnik zərbə ssenarisini açdı

865 19.01.2026 21:09 Siyasət A A

ABŞ-nin iki gündür İran ətrafında kəşfiyyat uçuşları həyata keçirdiyi haqda xəbər yayılıb. "Flightradar24"-ün yaydığı xəbərdə deyilir ki, ABŞ-nin müxtəlif kəşfiyyat təyyarələri İran ətrafında uçuşlar həyata keçirir.

Musavat.com xəbər verir ki, "Flightradar24" dünya üzrə real vaxtda kommersiya və bəzi hərbi uçuşları izləməyə imkan verən platformadır.

ABŞ-nin İran ətrafında kəşfiyyat uçuşları həyata keçirməsi İrana hərbi zərbə endiriləcəyi, raket hücumuna hazırlıq hesab oluna bilərmi?

Medianın üz qaraldan “sarı”lığı | Polkovnik Rövşən Məhərrəmovun yazısı

Rövşən Məhərrəmov

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov Musavat.com-a bildirib ki, bu cür kəşfiyyat uçuşları avtomatik olaraq İrana qarşı yaxın günlərdə hərbi zərbə və ya raket hücumu olacağı anlamına gəlmir. Amma bu, təzyiqin artdığını və mümkün ssenarilərə hazırlığın gücləndirildiyini göstərən ciddi siqnaldır:

“ABŞ-nin İran ətrafında həyata keçirdiyi uçuşlar adətən RC-135, P-8 Poseidon, RQ-4 Global Hawk kimi kəşfiyyat və müşahidə təyyarələri ilə edilir, radar, rabitə, hava hücumundan müdafiə sistemləri, raket mövqeləri və hərbi aktivliyin elektron xəritəsini çıxarmaq məqsədi daşıyır. Bu cür uçuşlar böhran dövrlərində intensivləşir. Yəni bu uçuşlar “hər an zərbə olacaq”dan çox, “zərbə ehtimalı olan ssenarilər üçün məlumat bazası yenilənir” mənasını verir. Bu, potensial olaraq hərbi zərbəyə hazırlıq sayıla bilər, lakin o demək deyil ki, zərbə yaxın endiriləcək. İranın raket, PUA və HHM sistemləri daimi monitorinq altındadır, ABŞ “qırmızı xətlərin keçilib-keçilmədiyini” yoxlayır. Uçuşlarla Tehrana mesaj verilir ki, “Səni izləyirik, hər addımın qeydə alınır”, region ölkələrinə isə “ABŞ proseslərə nəzarəti itirməyib” mesajı verilir”.

Etibar Seyidağa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR