İraq hakimiyyəti ABŞ-ın neft və neft məhsulları ixrac edən İraq şirkətlərinə qarşı mümkün sanksiyaları barədə heç bir rəsmi bildiriş almayıb.
Musavat.com xəbər verir ki, bunu İraq Dövlət Neft Marketinq Şirkətinin (SOMO) direktoru Əli Nizar əl-Şatri İNA xəbər agentliyinə deyib: "ABŞ tərəfindən mümkün sanksiyaların tətbiqi ilə bağlı heç bir məlumat və ya rəsmi bildiriş almamışıq”. O, əlavə edib ki, SOMO "rəsmi sənədlərə əsaslanır və təsdiqlənməmiş mənbələrdən və ya naməlum şəxslərdən gələn ifadələrə əsaslanmır": "ABŞ Xəzinədarlıq Departamenti ilə də daxil olmaqla, bütün razılaşmalar və müzakirələr SOMO tərəfindən qəbul edilmiş mexanizmlərin və sənədlərin etibarlılığını nümayiş etdirir".
Əş-Şatri qeyd edib ki, rəhbərlik etdiyi şirkət "İraq ərazi sularına daxil olan bütün tankerlər üçün dəqiq monitorinq metodlarından istifadə edir, ölkənin təhlükəsizlik qüvvələri ilə əlaqələndirilərək bu gəmilərin xüsusiyyətləri və onların təyinat yerləri barədə gündəlik hesabatlar dərc edir".
Bağdad büdcə maliyyələşdirməsinin vacib mənbəyini qorumaqda maraqlıdır və buna görə də SOMO rəhbəri qeyd edib ki, "bütün yoxlama və nəzarət prosedurları ən yüksək etibarlılıq səviyyəsindədir".
Qeyd edək ki, bəzi KİV-lər ABŞ-ın SOMO-nun İran neftinin ixracında iştirak etməsi barədə məlumatlar əldə etdiyini və ona qarşı sanksiya tətbiq etməyə hazırlaşdığına dair məlumat yayıb.
Musavat.com






