Vaşinqtonun İranla mümkün razılaşma üçün yeni təzyiq mexanizmlərini işə salmağa hazırlaşdığı bildirilir.
Musavat.com xəbər verir ki, Axios-un yaydığı məlumata görə, Prezident Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu Ağ Evdə keçirilən görüş zamanı Tehranın əsas gəlir mənbəyi sayılan neft ixracına qarşı tədbirlərin sərtləşdirilməsi barədə razılığa gəliblər.
Planın əsas hədəfi İranın xüsusilə Çinə yönələn neft tədarüküdür. Vaşinqton hesab edir ki, Pekinə satışın məhdudlaşdırılması Tehranın maliyyə imkanlarını kəskin azalda və onu danışıqlarda güzəştlərə məcbur edə bilər.
Məlumata görə, iqtisadi təzyiq siyasəti yalnız sanksiyalarla məhdudlaşmayacaq. ABŞ paralel olaraq Yaxın Şərqdə hərbi mövcudluğunu artıracaq və diplomatik kanallar vasitəsilə danışıqları davam etdirəcək.
Musavat.com






