İnsanlara hürriyət, millətlərə istiqlal!

“ABŞ istədiyini əldə etmək üçün bütün vasitələrdən istifadə edəcək” – İran mühasirəyə alınır

825 28.01.2026 21:49 Dünya A A

Donald Tramp ABŞ-nin böyük hərbi qüvvələrinin İrana yaxınlaşdığını açıqlayıb. "Yeri gəlmişkən, hazırda daha bir böyük və gözəl bir ordu İrana doğru irəliləyir. Vaxt azalır və bu vaxt çox dəyərlidir. İrana bundan əvvəl də demişdim ki, razılaşma əldə edin! Onlar bunu etmədilər və biz gecəyarısı əməliyyat keçirdik. Növbəti hücum daha pis olacaq. Bunun bir daha təkrarlanmasına icazə verməyin” – deyə, Tramp bildirib.

İranın BMT-dəki nümayəndəliyi isə Trampın xəbərdarlığına cavab verib. Nümayəndəlik İranın danışıqlara hazır olduğunu, lakin məcbur ediləcəyi təqdirdə, özünü müdafiə edəcəyini və misli görünməmiş tərzdə cavab verəcəyini bildirib.

Bəs İran rejimi Trampın istədiyi razılığa gələcəkmi? ABŞ hərbi qüvvələrinin İrana yaxınlaşması real müharibənin yaxınlaşmasıdır, yoxsa qorxudub istədiyi razılaşmanı əldə etmək taktikasıdır?

Politoloq Yusif Bağırzadə Musavat.com-a bildirib ki, Trampın “böyük və gözəl bir ordu İrana doğru irəliləyir” deməsi, təkcə hərbi gücün nümayişi deyil, həm də diplomatik təzyiq mexanizminin bir hissəsidir. Trampın sözləri bir tərəfdən, İranın nüvə proqramı ilə bağlı mübahisələrdə yeni bir mərhələnin başlama ehtimalını vurğulasa da, digər tərəfdən, ABŞ-nin Tehran üzərindəki güc balansını necə dəyişdirməyə çalışdığını açıq şəkildə göstərir.

Politoloq heab edir ki, Trampın açıqlamalarındakı razılığıa gəlməklə bağlı gözləntilər böyük ehtimalla özündə İranın nüvə proqramını məhdudlaşdırması və regionda ABŞ-nin maraqlarına uyğun davranması anlamını ifadə edir: “Trampın hazırkı açıqlamaları təzyiqin yeni bir mərhələyə keçdiyini göstərir. O, həm də İranın beynəlxalq dəstək və neft satışından gələn gəlirlər baxımından təcrid olunduğunu vurğulayır, bununla da İranı beynəlxalq təcrid və iqtisadi çətinliklərlə daha da sarsıtmaq istəyir. İranın bu təzyiqlərə necə reaksiya verəcəyi, böyük sual doğurur. Böyük ehtimalla Tehran nüvə razılaşmasının şərtlərinə yenidən baxlması ilə bağlı ABŞ-nin tələblərini qəbul etmək istəməyəcək. Çünki onun üçün nüvə proqramı, həm də milli suverenlik və geosiyasi güc deməkdir. Lakin, Tehran da yaxşı bilir ki, ABŞ-nin hərbi təzyiqləri ciddi nəticələrə yol aça bilər".

Y.Bağırzadənin fikrincə, indiki vəziyyət və Trampın açıqlamaları genişmiqyaslı olmasa da müharibə riskini gündəmə gətirir: "Prinsip etibarilə Trampın məqsədi, müharibə başlatmaq deyil, İrandan təzyiq yolu ilə istədiyini almaqdır. ABŞ-nin hərbi qüvvələrinin İrana yaxınlaşması da, əslində, İranı qorxutmaq və onu yenidən danışıqlar masasına gətirmək istəyindən irəli gəlir. İranın nə cavab verəcəyi isə hələlik qeyri-müəyyəndir. Amma bir şey aydındır ki, ABŞ istədiyini əldə etmək üçün bütün vasitələrdən istifadə edəcək. Razılaşmanın baş tutmaması halında riskli eskalasiyanın olacağı ehtimalı kifayət qədər yüksəkdir”.

Etibar Seyidağa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR