İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Tatoyanın Azərbaycanla bağlı iddialarını təkzib etdi

1017 05.06.2026 00:10 Son xəbər A A

Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə yayılan bəzi məlumatları tənqid edib və keçmiş ombudsman Arman Tatoyanın adını çəkib.

Musavat.com xəbər verir ki, Paşinyan Arman Tatoyanın Azərbaycanla bağlı həqiqətə uyğun olmayan məlumatlar yaydığını iddia edib.

Baş nazirin sözlərinə görə, Tatoyan Azərbaycanın repatriasiya olunmuş azərbaycanlılara şəxsiyyət vəsiqələri paylaması ilə bağlı əsassız iddialar səsləndirir.

"Arman Tatoyan yalan məlumat yayaraq iddia edir ki, Azərbaycan repatriasiya olunmuş azərbaycanlılara şəxsiyyət vəsiqələri paylayır. O, dezinformasiyanın əsas mənbələrindən biridir", - Paşinyan bildirib.

Ermənistan hökumət başçısı qeyd edib ki, ictimaiyyətə təqdim olunan məlumatlar dəqiq və yoxlanılmış faktlara əsaslanmalıdır.

Afaq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR