Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff Havanaya gözlənilməz səfər edən ABŞ nümayəndə heyətinə rəhbərlik edib.
Musavat.com Reuters-ə istinadən xəbər verir ki, ABŞ-ın yüksək vəzifəli rəsmiləri Kuba Daxili İşlər Nazirliyinin nümayəndələri ilə görüşüblər.
Reuters əlavə edib ki, bu səfər ölkələr arasında münasibətlərin mümkün istiləşməsinin ilk əlamətidir. Havanadakı danışıqlarda təhlükəsizlik əsas mövzu olub: tərəflər hüquq-mühafizə orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsini müzakirə ediblər. Bu, həm regional, həm də beynəlxalq maraqlara aiddir.
Kuba XİN səfər və danışıqlarla bağlı açıqlama yayıb: "Hər iki tərəf həm də hər iki ölkənin təhlükəsizliyi, eləcə də regional və beynəlxalq təhlükəsizlik maraqları naminə hüquq-mühafizə orqanları arasında ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulayıblar."
Havana həmçinin ABŞ nümayəndə heyətinə Kubanın ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaratmadığını bildirib. Bu, görüşün əsas mesajı idi. Vaşinqton hələlik görüşlə bağlı əlavə şərh verməyib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp səfərlə bağlı əvvəlcədən anons vermi.di. Bir neçə gün əvvəl o, iki uzun müddətdir düşmən olan tərəfin "danışmağı planlaşdırdığını" bildirmişdi.
Musavat.com






