İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Kiyevi sülh planının “mənfi detallarını” sızdırmaqda ittiham etdi

759 24.11.2025 01:18 Dünya A A

Musavat.com xəbər verir ki, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında baş tutan son görüş gərgin atmosferdə keçib. Jurnalist Barak Ravidin məlumatına görə, Vaşinqton Kiyevi sülh planının “mənfi detallarını” Amerika mediasına ötürməkdə günahlandırıb.

Mənbələr bildirirlər ki, ABŞ tərəfi bu sızmaların danışıqlara zərər vurduğunu və ictimai rəyin yanlış istiqamətə yönləndiyini vurğulayıb. Gərginlikdən sonra Ukrayna yaranmış vəziyyəti yumşaltmaq üçün “müsbət” bəyanat dərc etməyi təklif edib. 

da3f1700-0d72-44d8-babc-f070fcf1f279.jpg (55 KB)

Bununla belə, tərəflərin gündəmində planın bəzi hissələrinə yenidən baxılması məsələsi də müzakirə olunub. Məlumata görə, Vaşinqton Ukraynanın iradları əsasında sülh planında müəyyən dəyişikliklər etməyə razılıq verib.

Görüşün nəticələri rəsmi şəkildə açıqlanmasa da, tərəflər arasında dialoqun davam etdirilməsi və kompromis imkanlarının araşdırılması barədə ümumi razılıq əldə edildiyi qeyd olunur. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR