İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ konqres üzvündən sərt etiraz: “Ukraynaya 400 milyon dollar verilməməlidir”

425 09.12.2025 15:59 Dünya A A

ABŞ Konqresinin nümayəndəsi Anna Pauli­na Luna sosial şəbəkə "X" hesabında bəyan edib ki, ABŞ hökuməti Ukraynaya NDAA çərçivəsində nəzərdə tutulan 400 milyon dollarlıq vəsaiti verməməlidir.

Musavat.com xəbər verir ki, o, xüsusilə də Zelenskinin Donald Trampın sülh təklifi ilə bağlı cavab verməkdən imtina etməsini əsas arqument kimi göstərib.

Luna bildirib ki, Ukrayna hökumətində yenidən korrupsiya faktları aşkarlanıb və bu fonda ayrılan vəsaitlərin taleyinə dair ciddi şübhələr mövcuddur:

“ABŞ hökuməti Ukraynaya 400 milyon dollar ayırmamalıdır, xüsusilə Zelenski sülh razılaşması ilə bağlı prezidentin təklifinə cavab vermədiyi halda. Ukrayna hökuməti yeni dövlət korrupsiyasında yaxalandı və demək olar ki, buna pul yuyulması da daxildir. Konqresin hələ də onlara maliyyə göndərməsi dəhşətlidir. Bu maddə NDAA-dan çıxarılmalıdır”.

Konqres üzvünün bu açıqlaması Vaşinqtonda Ukraynaya yardım paketləri ilə bağlı yaranan daxili siyasi gərginliyin daha da artdığını göstərir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR