ABŞ prezidenti Donald Tramp su təchizatı müqaviləsini pozduğuna görə Meksikaya 5 faiz tarif tətbiq edəcək.
Musavat.com xəbər verir ki, ABŞ prezidenti bunu Truth Social-da açıqlayıb: "Hazırda Meksika ABŞ-ın sorğularına cavab vermir və bu, çox ehtiyac duyulan suya layiq olan Amerika fermerlərinə qarşı çox ədalətsizdir. Buna görə də bu su dərhal verilmədiyi təqdirdə Meksikaya 5 faiz tarif tətbiq etməyə icazə verən sənədlər hazırlamışam".
"The Washington Post" qəzetinin 2024-cü ildə yazdığına görə, Meksika on illərdir ki, müqaviləni pozur, "ABŞ-a su təchizatına müqavimət göstərir", çünki özü quraqlıqdan əziyyət çəkir. Ölkələr arasında 1944-cü ildə imzalanan müqaviləyə əsasən Meksika hər beş ildən bir Rio Qrande çayı hövzəsindən ABŞ-a təxminən 2,2 milyard kubmetr su göndərməyi, ABŞ isə Kolorado çayından əks istiqamətdə 1,8 milyard kubmetr su göndərməyi üzərinə götürüb.
Musavat.com






