İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ nüvə təyyarəsini Britaniyaya GÖNDƏRDİ – GƏRGİNLİK ARTIR

972 30.01.2026 15:16 Dünya A A

ABŞ Hərbi Hava Qüvvələrinin  nüvə silahının aşkarlanması üçün istifadə olunan "WC-135R Constant Phoenix" təyyarəsi Vaşinqton və Tehranın münasibətlərində artan gərginlik fonunda Böyük Britaniyaya çatıb.

Musavat.com xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti  mənbələrinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, “nüvə detektoru” təyyarəsi Britaniyanın şərqində yerləşən Mildenhall hərbi bazasına eniş edib.

Qeyd olunur ki, təyyarə radioaktiv hissəcikləri aşkar etmək üçün istifadə olunur və adətən nüvə təhlükəsizliyi ilə bağlı fəaliyyətlərdə iştirak edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR