İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident Administrasiyasında Hafiz Hacıyevlə görüş keçirilib

502 06.06.2026 11:44 Siyasət A A

Prezident Administrasiyasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevlə görüş keçirilib.

Musavat.com xəbər verir ki, bu barədə redaksiyamıza Partiyanın Mətbuat Xidmətindən məlumat daxil olub.

Məlumatda bildirilib ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev iyunun 6-da Partiyanın sədri Hafiz Hacıyevlə görüşüb.

Görüş zamanı regionda və dünyada müşahidə olunan tendensiyalar, ölkənin daxili siyasi həyatında baş verən dəyişikliklər, siyasi proseslərin demokratikləşməsi, sağlam münasibətlərin bərqərar olunmasına xidmət edən dövlət təşəbbüsləri, siyasi dialoq sayəsində əldə edilmiş vacib nailiyyətlər və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, ölkədə sağlam əməkdaşlıq mühitinin mövcudluğu ali siyasi iradənin təcəssümüdür və bu istiqamətdə həyata keçirilən təşəbbüslər siyasi partiyalar tərəfindən aktiv şəkildə dəstəklənir. Həmçinin vurğulanıb ki, Azərbaycan ictimaiyyəti siyasi partiyaların sərbəst fəaliyyəti və inkişafı üçün son illərdə görülmüş işlərin canlı şahididir.

Bildirilib ki, Vətən müharibəsində qazanılmış böyük Zəfərdən sonra cəmiyyətdə formalaşmış milli birliyin qorunub saxlanılmasında siyasi partiyaların fəallığı mühüm əhəmiyyət daşıyır.

İnformasiya məkanında vaxtaşırı baş vermiş təxribatları və qərəzli yanaşmaları tənqid edən Hafiz Hacıyev bu məsələdə hər zaman dövlətin yanında olduğunu bildirib. O, məsuliyyətsiz demaqogiyanın qərəzli və məkrli niyyətlərin məhsulu olduğunu qeyd edib, rəhbərlik etdiyi Partiyanın dövlətçilik ənənələrinin və milli birliyin qorunması uğrunda mübarizədə bütün resurslarını səfərbər etməyə hazır olduğunu vurğulayıb.

Görüşün sonunda Prezident Administrasiyasının rəsmisi milli mənafelərin qorunması istiqamətində Müasir Müsavat Partiyasına uğurlar arzulayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR