ABŞ Ukraynaya "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raket istehsalına icazə verməkdən imtina edib.
Musavat.com xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib:
"Ukrayna illər əvvəl Amerika ilə Avropada, xüsusən də "Patriot" üçün kifayət qədər raket istehsalının qurulmasının vacibliyini müzakirə etmişdi. Lisenziya vədləri var idi, lakin Amerika sonda imtina etdi".
Zelenski əlavə edib ki, Ukrayna öz ərazisində, eləcə də Rumıniya, Polşa və regiondakı digər NATO tərəfdaşları ilə birgə istehsala başlamağı təklif edib.
Musavat.com






