ABŞ ilə Rusiya arasında yeraltı tunelin tikintisi texnoloji baxımdan mümkündür.
Musavat.com xəbər verir ki, bu fikri ABŞ Prezidenti Donald Trampın keçmiş müşaviri Corc Papadopulos səsləndirib.
Papadopulosun sözlərinə görə, belə bir layihə reallaşacağı təqdirdə yalnız mühəndislik baxımından deyil, siyasi və iqtisadi baxımdan da tarixi nəticələr doğura bilər.
“Mən düşünürəm ki, bu layihə həyata keçirilərsə, dünyanın ən böyük iqtisadiyyatlarından olan ABŞ və Rusiyanı birləşdirə bilər. Bu isə insanlar arasında əlaqələrin, ticarətin, investisiyaların, energetika sahəsində əməkdaşlığın və ümid edirəm ki, perspektivdə təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafına töhfə verər”, – deyə o bildirib.
Papadopulos qeyd edib ki, bu cür təşəbbüs iki ölkə arasında uzun müddətdir çatışmayan etimadın bərpasına da xidmət edə bilər.
Musavat.com






