ABŞ Polşadakı hərbi bazalarda infrastrukturun inkişafı üçün 500 milyon dollar ayıracaq.
Musavat.com xəbər verir ki, bunu Müdafiə nazirinin müavini Sezari Tomçik X hesabında açıqlayıb: "Amerika Birləşmiş Ştatları hökuməti Polşadakı dörd baza - Drawsko Pomorskie, Powidz, Vrotslav və Łask üçün 500 milyon dollardan çox investisiya planını təsdiqləyib".
Polşa hakimiyyəti 2035-ci ilə qədər ölkədəki Amerika hərbi obyektlərinə ildə 250 milyon dollar xərcləməyi öhdəsinə götürüb.
Hazırda Polşada 10 mindən çox Amerika əsgəri yerləşdirilib. ABŞ 2022-ci ilin fevral ayında ölkədəki hərbi kontingentini ikiqat artırıb. Əvvəllər isə 5000 əsgər var idi.
Musavat.com






