ABŞ Senatı prezidentin Konqresin razılığı olmadan Venesuelaya qarşı əlavə hərbi tədbirlər görməsinin qarşısını almağa yönələn qərarı qəbul edib.
Musavat.com xəbər verir ki, ABŞ mediasının məlumatına görə, səsvermə nəticəsində Senat Ağ Evin Venesuelaya qarşı yeni hərbi addımlar atmasının yalnız Konqresin təsdiqi ilə mümkün ola biləcəyini vurğulayıb.
Qərarın əsas məqsədi müharibə və hərbi əməliyyatlarla bağlı səlahiyyətlərin icra hakimiyyəti tərəfindən təkbaşına həyata keçirilməsinin qarşısını almaq və bu məsələlərdə qanunverici orqanın nəzarətini təmin etməkdir. Sənəddə Venesuela ilə bağlı hərbi qərarların xüsusi həssaslıq daşıdığı qeyd olunur.
Məsələ ABŞ-da Venesuela ətrafında artan gərginlik və mümkün hərbi ssenarilərlə bağlı müzakirələr fonunda gündəmə gəlib.
Musavat.com






