İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ–Ukrayna danışıqları: Vitkoff və Umerov Mayamidə keçirilən görüşlərin nəticələrini açıqladı

632 22.12.2025 01:10 Dünya A A

Musavat.com xəbər verir ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff və Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov Mayami şəhərində keçirilən danışıqların yekunlarına dair birgə bəyanat yayımlayıblar.

Mətbuat üçün açıqlama ukrayna və ingilis dillərində dərc olunub.

Bəyanatda bildirilir ki, üç gün ərzində Floridada olan Ukrayna nümayəndə heyəti amerikalı və avropalı tərəfdaşlarla “məhsuldar və konstruktiv” görüşlər silsiləsi keçirib. Danışıqlar zamanı ABŞ ilə Ukrayna nümayəndə heyəti arasında dörd əsas sənəd müzakirə olunub.

Müzakirə edilən əsas sənədlər bunlardır:

– 20 maddədən ibarət plan;
– çoxtərəfli təhlükəsizlik zəmanətləri;
– ABŞ-ın Ukrayna üçün təhlükəsizlik zəmanətləri sistemi;
– iqtisadi inkişaf və rifah planı.

Birgə açıqlamada vurğulanır ki, Ukrayna ədalətli və davamlı sülhə nail olmaq məqsədinə tam sadiq qalır. “Ukrayna Birləşmiş Ştatların liderliyini və dəstəyini, eləcə də bu mühüm işin növbəti mərhələlərində tərəfdaşlarla sıx koordinasiyanın davam etdirilməsini yüksək qiymətləndirir”, – deyə bəyanatda qeyd olunub.

Danışıqların detalları açıqlanmasa da, yayılan məlumatlar Vaşinqton–Kiyev xəttində təhlükəsizlik və iqtisadi əməkdaşlığın yeni mərhələyə keçə biləcəyinə dair siqnallar kimi qiymətləndirilir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR