İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ uranın zənginləşdirilməsini bərpa edir – Fransa ilə birgə yeni layihə

684 17.02.2026 21:47 Dünya A A

ABŞ uranın zənginləşdirilməsi prosesini yenidən işə salmağa hazırlaşır. Bu istiqamətdə Fransa ilə birgə iri layihənin icrasına start verilir.

Musavat.com xəbər verir ki, ABŞ-ın energetika naziri Kris Rayt Parisdə keçirilən konfransda çıxışı zamanı ölkəsinin uran zənginləşdirmə fəaliyyətini bərpa edəcəyini açıqlayıb. Nazir bildirib ki, layihə Fransa tərəfdaşlarının iştirakı ilə həyata keçiriləcək.

“Reuters” agentliyinin məlumatına görə, ötən ay Fransanın nüvə yanacağı istehsalçısı “Orano” şirkəti ABŞ Energetika Nazirliyindən 900 milyon dollar həcmində maliyyə dəstəyi alıb. Ayrılan vəsait Tennessi ştatında yeni uran zənginləşdirmə müəssisəsinin tikintisinə yönəldiləcək.

Daha əvvəl “World Nuclear News” nəşri yazmışdı ki, ABŞ 2022-ci ildə ölkədə ilk uran zənginləşdirmə müəssisəsini yenidən işə salmağı planlaşdırsa da, həmin təşəbbüs reallaşmamışdı.

Yeni layihənin əsas məqsədi ABŞ-ın nüvə yanacağı üzrə daxili istehsal imkanlarını artırmaq, enerji təhlükəsizliyini gücləndirmək və xarici asılılığı azaltmaqdır.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR