ABŞ Venesueladakı vəziyyətlə bağlı Rusiya ilə münasibətlərin gərginləşməsindən qorxmur.
Musavat.com xəbər verir ki, bunu ABŞ Dövlət Katibi Marko Rubio Dövlət Departamentində jurnalistlərlə görüşündə deyib. Rubiodan Rusiya xarici işlər naziri Sergey Lavrovun əvvəlki açıqlamaları ilə bağlı şərh verməsi istənilib. Lavrov iddia edib ki, ABŞ administrasiyasının Karib hövzəsindəki hərəkətləri demək olar ki, bütün ölkələr tərəfindən narazılıqla qarşılanıb. Dövlət katibi isə deyib: "Biz Rusiya ilə Venesuela ilə bağlı gərginləşmədən qorxmuruq. ABŞ həmişə onlardan (Rusiya – red.) Venesuela rəhbəri Nikolas Maduro hökumətinə ritorik dəstək vermələrini gözləyir. Düşünürəm ki, onların indi diqqəti tamamilə Ukraynadadır. Əgər Sergey Lavrov izləyərsə, Miladınız mübarək".
Musavat.com






