İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ vitse-prezidenti Ermənistana səfər edəcək?

583 24.12.2025 18:56 Dünya A A

Ermənistanın siyasi və ictimai dairələrində ABŞ-ın vitse-prezidenti Cey Di Vensin ölkəyə mümkün səfəri ilə bağlı müzakirələr intensivləşib.

Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Qeyri-rəsmi məlumatlara görə, səfər 2026-cı ilin fevralında baş tuta bilər. Səfərin reallaşacağı halda, bu addım ABŞ–Ermənistan əməkdaşlığının, xüsusilə daha əvvəl əldə olunmuş razılaşmaların icrası kontekstində, fəallaşmasına dair mühüm siqnal kimi qiymətləndirilir.

Müzakirə olunan əsas mövzular sırasında infrastruktur sahəsinə investisiya layihələri ön plana çıxır. Buraya avtomobil yolları, logistika mərkəzləri, anbar təsərrüfatı, yükdaşımalar, sığorta və əlaqəli sahələr daxildir. Eyni zamanda sərhəd və gömrük sistemlərinin modernləşdirilməsi, qaçaqmalçılığa qarşı tədbirlərin gücləndirilməsi, tam rəqəmsallaşma, kibertəhlükəsizlik və daşımalar üzərində nəzarət mexanizmlərinin təkmilləşdirilməsi də gündəmdədir.

Hazırda nə Vaşinqtondan, nə də İrəvandan mümkün səfərlə bağlı rəsmi təsdiq verilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR