İnsanlara hürriyət, millətlərə istiqlal!

Abu-Dabi geri çəkildi: Yəməndəki hava limanından çıxır

573 31.12.2025 22:30 Dünya A A

Birləşmiş Ərəb Əmirlikləri ordusu Yəmənin Hadramaut əyalətindəki beynəlxalq hava limanından qüvvələrini çıxarmağa başlayıb.

Musavat.com xəbər verir ki, məlumatı EFE xəbər agentliyi Yəmənin beynəlxalq səviyyədə tanınmış hakimiyyətinə istinadən yayıb. Bildirilir ki, bir gün əvvəl BƏƏ hakimiyyəti qoşunlarını hava limanından çıxaracağına söz verib. Bunu BƏƏ-ni Yəmənin cənubunda fəaliyyət göstərən separatçıları dəstəkləməkdə günahlandıran Səudiyyə Ərəbistanı tələb edib.

Yəmən mediasının məlumatına görə, yüzlərlə əsgər daşıyan dörd BƏƏ hərbi nəqliyyat təyyarəsi artıq hava limanından yola düşüb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR