İnsanlara hürriyət, millətlərə istiqlal!

Adəm Kadırov təcili Moskvaya aparıldı

2702 17.01.2026 00:05 Dünya A A

Xəbər verdiyimiz kimi, Qroznıda baş verən yol qəzasında Çeçenistan rəhbərinin oğlu xəsarət alıb.

Musavat.com xəbər verir ki, hadisə zamanı yaralanan Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adəm Kadırov təcili şəkildə Moskvadakı xəstəxanalardan birinə köçürülüb. Bu barədə “Fortanga” nəşrinin mənbəsi məlumat yayıb.

Qəza ilə bağlı Çeçenistan hakimiyyəti indiyədək rəsmi açıqlama verməyib. Hakimiyyətə yaxın Telegram kanallarında isə yalnız UFC döyüşçüsü Xamzat Çimayevin guya həlak olması barədə yayılan xəbərlərin təkzib edildiyi paylaşımlar yer alıb. Bildirilir ki, 31 yaşlı idmançı hazırda Dubaydadır.

Eyni zamanda “Kavkaz Realii” nəşri yol qəzası ilə bağlı materialından Çimayevin adını heç bir izahat vermədən çıxarıb.

Bununla belə, “Fortanga”nın mənbəsi istisna etmir ki, Çimayev hadisə yerində olub.

Qəzadan bir neçə saat keçməsinə baxmayaraq, onun sosial şəbəkələrdə hər hansı açıqlama verməməsi də diqqət çəkir. Döyüşçünün “Instagram” hesabındakı son paylaşımı 12 yanvara aiddir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR