AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.
Musavat.com milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Konfrans Liqasının I təsnifat mərhələsində keçiriləcək "Elbasani" (Albaniya) - BATE (Belarus) oyununun UEFA nümayəndəsi olacaq.
Xatırladaq ki, qarşılaşma iyulun 7-də, Elbasan şəhərinin eyniadlı stadionunda keçiriləcək.






