İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağadadaş Ağayev sənət adamlarına səsləndi

782 14.02.2026 20:06 Şou-biznes A A

"Musiqini hər kəs öz zövqünə görə təqdim edir. O da boşluğa gətirib çıxarır. Bunu isə sənətkarlar doldura bilməz. Yaxşı sənətkarlar da kənara çəkilir. Bu da getdikcə böyüyür. Bir yerdə ki, musiqinin bütün çalarları darmadağın edilir, o zaman ədalət pozulur. Yaşlı nəsil isə deyir ki, mənə nə?"

Bu sözləri Xalq artisti Ağadadaş Ağayev "Gün ortası" proqramında deyib.

Müğənni sənət adamlarına səslənib:

"Hamı deyir, qarışmayım, məndən keçsin. Kənara çəkilməməlidirlər, irəli durmalıdırlar. Şou-biznesin strukturu olmalı, qanunla icra edilməlidir. Bizdə belə bir qurum yoxdur. Yazılan, yazılmayan qanun yoxdur. Kiminlə dava aparırsınız? Yaşlı müğənnilər bir-birini qırırlar. Sağlam rəqabət apara bilmirlər. Mənə də paxıllıq edənlər var. Paxıllar çox olanda sevinirəm. Deməli, yaşayıram. Mənim varlığım onları narahat edirsə, bu, onların xəstəliyidir. Onlar müalicə olunmayan insanlardır". (Axşam.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR