İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağcabədidə 19 bıçaq xəsarəti yetirilən uşağın SON DURUMU

518 14.02.2026 14:01 Son xəbər A A

Ağcabədi rayonunun Aşağı Avşar kəndində 19 bıçaq xəsarəti yetirilən 2019-cu il təvəllüdlü Sübhan Bəşirov xəstəxanadan evə buraxılıb.

Musavat.com xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında S.Bəşirovun atası Rəşad Bəşirov deyib.

O bildirib ki, bu gün səhər saatlarında uşaq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında təkrar tibbi müayinədən keçirilib və o, ambulator müalicə üçün evə buraxılıb:

"Vəziyyəti normallaşır, yavaş-yavaş yeriyir. Həkimlər deyir ki, həyatı təhlükəsi yoxdur, vəziyyəti yaxşıdır. Ona görə də məsləhət gördülər ki, müalicəsi ev şəraitində davam etdirilsin".

Xatırladaq ki, fevralın 4-də Ağcabədi rayonunun Aşağı Avşar kəndində kənd sakini, 2019-cu il təvəllüdlü S.Bəşirov bıçaq xəsarətləri ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Müayinə zamanı uşaqda 19 bıçaq xəsarəti müəyyən edilib və o, dərhal əməliyyat olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR