İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ Bakı ilə danışıqlara başladı: Naxçıvandan Türkiyəyə dəmir yolu müzakirədə 

749 15.02.2026 10:55 Dünya A A

 

Avropa İttifaqı (Aİ) Azərbaycanla birlikdə Naxçıvan istiqamətində dəmir yolu infrastrukturunun inkişafı üzrə texniki-iqtisadi əsaslandırmanın  hazırlanmasına başlamağı müzakirə edir. Məqsəd layihəni 2030-cu ilə qədər reallaşdırmaqdır.

Musavat.com xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb. Bildirilir ki,

Avropa Komissiyasının  Genişlənmə məsələləri üzrə komissarı Marta Kos Münhendə İlham Əliyev ilə müzakirə zamanı bildirib ki, bu layihə “TRIPP” (“Zəngəzur dəhlizi”) ilə birlikdə Cənubi Qafqazda vəziyyəti köklü şəkildə dəyişə bilər və nəqliyyat layihələri arasında rəqabət hətta faydalıdır.

Söhbət daşımaların həcmini Avropaya üç dəfə artırmalı, tranzit müddətini iki dəfə azaltmalı və hər il on milyonlarla qənaət təmin etməli olan Transxəzər marşrutunun (Orta dəhliz) bir hissəsindən gedir.

Kos şənbə günü Münhendə “Açıq dəhlizlər siyasəti. Transxəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirəsində çıxış edərək deyib: “Biz Cənubi Qafqazda əhəmiyyətli dəyişikliklərin şahidi oluruq və bu, sülh olmadan (Azərbaycanla Ermənistan arasında ) mümkün olmazdı. Bu, həmçinin bizim üçün bir çox imkanlar açdı. Məsələn, hazırda biz Ermənistan, Azərbaycan və Türkiyə ilə layihələr siyahısı formalaşdırırıq”.

Xatırladaq ki, fevralın 10-da Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens xartiya imzalayıblar. Həmin sənədə əsasən, Azərbaycan ABŞ ilə “Orta dəhliz” və “Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu” nəqliyyat layihələrinin inkişafı barədə razılığa gəlib.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM və ya Orta dəhliz) — Çin və Avropanı Qazaxıstan, Xəzər dənizi akvatoriyası, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə birləşdirən beynəlxalq nəqliyyat dəhlizidir. Qarabağ müharibəsindən sonra Ermənistan üç dəfə Orta dəhlizin bir hissəsi olmağa dəvət alıb, lakin müvafiq infrastruktur olmadığından layihədə iştirakı hələlik mümkün deyil. İrəvan TBNM-ə Mehridəki 43 kilometrlik dəmir yolu sahəsi vasitəsilə qoşula bilər, həmin xətt 8 avqust 2025-ci ildən etibarən “Tramp marşrutu” adlandırılır.

Şahanə Rəhimli

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR