Avropa İttifaqının Moskvaya qarşı yeni sanksiya paketi çərçivəsində Rusiyadan mis və platin qrupuna aid metalların idxalını qadağan edə biləcəyi bildirilir.
Musavat.com xəbər verir ki, Bloombergin məlumatına görə, söhbət mislə yanaşı, platin qrupuna daxil olan iridium, rodium və platinin də məhdudlaşdırılmasından gedir.
Xəbərdə qeyd olunur ki, qərarın qüvvəyə minməsi üçün Avropa İttifaqı-nın bütün üzv ölkələrinin razılığı tələb olunur. Yeni sanksiya paketinin fevral 2026-da razılaşdırılmasının gözlənildiyi vurğulanır. Məhdudiyyətlərin Rusiyadan Avropaya metal ixracına əlavə təzyiq yaradacağı da diqqətə çatdırılır.
Musavat.com






