İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ Ukraynanın NATO-ya üzv olma imkanını qorumağı təklif edir

528 24.11.2025 01:33 Dünya A A

Avropa Ukrayna ilə birlikdə ABŞ-nin təklifinə əsaslanaraq müharibəni bitirmək üçün öz planını hazırlayıb, lakin plan bir neçə əsas müddəada fərqlənir.

24 maddəlik Avropa planı "Ukraynanı daha çox dəstəkləyir və münaqişə zamanı verdiyi böyük qurbanları qəbul edir".

Avropa-Ukrayna planının əsas müddəaları bunlardır:

1. Müharibənin bitməsindən sonra sülhü və təhlükəsizliyi qorumaq üçün xüsusi tədbirlər görüləcək.

2. Rusiya və Ukrayna quruda, havada və dənizdə atəşkəsə riayət etməyi öhdələrinə götürürlər.

3. Üçüncü ölkənin monitorinqi ilə bağlı dəhal danışıqlar başlayacaq.

4. Ukraynanın ABŞ-nin rəhbərlik etdiyi müttəfiqləri peyklər və dronlardan istifadə edərək məsafədən monitorinq aparacaqlar.

5.Tərəflər xüsusi mexanizm vasitəsilə pozuntular barədə hesabatlar təqdim edə biləcəklər.

6.Rusiya bütün məcburi köçkün düşən ukraynalı uşaqları üçüncü ölkələrin himayəsinə qaytarmalıdır.

7."Hamının hamıya" hərbi əsir mübadiləsi aparılır və Kreml Ukraynadakı bütün mülki girovları azad edir.

8.Ərazi danışıqları cəbhədəki mövcud təmas xəttinə əsasən aparılacaq.

9. Müharibə bitdikdən sonra tərəflər zərərçəkmiş bölgələrə birgə humanitar yardım göstərəcəklər.

10. Ukraynanın suverenliyi təsdiqlənir və neytrallıq istisna olunur.

11. Ukrayna NATO Nizamnaməsinin 5-ci maddəsinə ekvivalent də daxil olmaqla, hüquqi cəhətdən məcburi təhlükəsizlik zəmanətləri alır.

12. Ukrayna Silahlı Qüvvələrinə və ya müdafiə sənayesinə heç bir məhdudiyyət qoyulmur.

13.Avropa ölkələri və digər maraqlı dövlətlər təhlükəsizlik zəmanətçiləri kimi çıxış edirlər.

14.Ukrayna öz ərazisində müttəfiq qüvvələrini yerləşdirmək hüququna malikdir.

15.NATO-ya qoşulmaq bütün ittifaq üzvlərinin razılığı ilə mümkündür.

16.Ukrayna Avropa İttifaqına qoşulur.

Ukrayna nüvə silahı olmayan dövlət olaraq qalır.

İstənilən ərazi məsələləri yalnız tam atəşkəs və razılaşmadan sonra müzakirə olunacaq.

Rusiya və Ukrayna ərazi müqavilələrini zorla dəyişdirməməyi öhdələrinə götürürlər.

Ukrayna Zaporojye Atom Elektrik Stansiyası və Kaxovka Su Elektrik Stansiyası üzərində nəzarəti bərpa edir, Dnepr çayı boyunca maneəsiz keçidi və Kinburn üzərində nəzarəti təmin edir.//Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR