İnsanlara hürriyət, millətlərə istiqlal!

Aleyna Tilki ilə bağlı QALMAQAL: Şok faktlar ÜZƏ ÇIXDI

870 08.01.2026 14:40 Şou-biznes A A

Türkiyədə məşhurlarla bağlı aparılan narkotik araşdırması çərçivəsində müğənni Aleyna Tilkinin verdiyi testlərin nəticəsi müsbət olub.

Musavat.com xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Məlumatda bildirilir ki, İstanbul Cumhuriyyət Baş Prokurorluğunun məşhurlara qarşı başladığı narkotik istintaqı çərçivəsində dekabrın 18-də saxlanılan Aleyna Tilkidən Məhkəmə Tibbi Ekspertiza İnstitutunda qan və saç nümunələri götürülüb.

Müayinələrdən sonra sərbəst buraxılan müğənninin test nəticələrinin müsbət olduğu açıqlanıb.

Məlumata görə, 25 yaşlı müğənninin marixuana istifadə etdiyi müəyyən edilib. İstintaq tədbirləri davam etdirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR