İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya əhalisi artıq 4 ildir Rusiya ilə birbaşa müharibədən qorxur

323 02.01.2026 23:21 Dünya A A

Musavat.com xəbər verir ki, Almaniya əhalisi təxminən dörd ildir Rusiya ilə birbaşa silahlı qarşıdurma ehtimalından narahatdır. Bu barədə Die Zeit ictimai rəy sorğularına istinadən yazıb.

Sorğular göstərir ki, Ukrayna müharibəsi fonunda alman cəmiyyətində təhlükəsizliklə bağlı qorxu uzun müddətdir davam edir və xüsusilə Rusiya ilə mümkün müharibə ssenarisi insanları ciddi şəkildə narahat edir.

Eyni zamanda Rusiya prezidenti Vladimir Putin dəfələrlə bəyan edib ki, Moskvanın NATO ölkələrinə hücum etmək niyyəti yoxdur.

Putin vurğulayıb ki, Qərb siyasətçiləri “guya Rusiya təhlükəsi” mövzusunu qabardaraq öz əhalilərini qorxudur və bununla da daxili sosial-iqtisadi problemlərdən diqqəti yayındırmağa çalışırlar.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR