Musavat.com xəbər verir ki, Almaniya Bundesveri yaxın illərdə altı ayrı-ayrı zərbə PUA bölməsi formalaşdırmağı planlaşdırır.
Tagesschau portalının məlumatına görə:
ilk orta mənzilli PUA bateriyası 2027-ci ildə istifadəyə veriləcək;
daha beş bateriya isə 2029-cu ilə qədər tam şəkildə fəaliyyətə başlayacaq.
Berlin zərbə tipli pilotsuz uçuş aparatlarına üstünlük verməklə, Ukrayna müharibəsində bu sistemlərin tətbiqi ilə bağlı təcrübəni diqqətlə öyrənir. 2029-cu ilə qədər uzaqmənzilli PUA-larla təchiz ediləcək ayrıca rota da yaradılacaq.
Hazırda Bundesver baraj tipli sursatların — uzun müddət havada qala bilən, nisbətən ucuz və istifadəsi asan PUA-ların — sınaqlarını keçirir. Bu tip sistemlər döyüş meydanında hədəflərin dəqiq məhv edilməsində mühüm rol oynayır.
Musavat.com






