İnsanlara hürriyət, millətlərə istiqlal!

An etibarilə Hələb: dron savaşı, göydə toqquşan mərmilər... - VİDEO

747 08.01.2026 21:25 Dünya A A

Hələb şəhərində vəziyyət gərgin olaraq qalır. Şəhərin bir neçə məhəlləsində Suriya Ərəb Ordusu ilə terrorçu YPG kürd silahlı qruplaşması arasında şiddətli döyüşlər davam edir.

Musavat.com xəbər verir ki, Hələbdə hərbi toqquşmalar əsasən gecə saatlarında intensivləşib. Tərəflər pilotsuz uçuş aparatlarından və ağır silahlardan istifadə edir, səmada mərmilərin toqquşması müşahidə olunur. Şahidlərin sözlərinə görə, bir neçə məhəllədə partlayış səsləri fasiləsiz eşidilir, bəzi yaşayış zonalarında işıq və rabitə kəsilib. 

Məlumata görə, Suriya ordusu döyüşlərdən əvvəl YPG silahlılarına mövqeləri tərk edərək təslim olmaq çağırışı edib. Bu çağırışa əməl olunmadıqdan sonra isə terrorçu qruplaşmaya qarşı genişmiqyaslı hərbi əməliyyat başlanıb. Ordunun zirehli texnika və dronlarla irəlilədiyi, YPG-nin isə snayper və minaatanlarla müqavimət göstərdiyi bildirilir.

Hazırda Hələbin döyüş gedən məhəllələrində təhlükəsizlik tədbirləri gücləndirilib, mülki əhalinin bir hissəsi daha təhlükəsiz bölgələrə köçürülür. Rəsmi mənbələr əməliyyatların məqsədinin şəhərdə tam nəzarətin bərpa edilməsi və silahlı qruplaşmaların zərərsizləşdirilməsi olduğunu açıqlayıb.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR