Türkiyə hökuməti Ermənistanla sərhədin açılması məsələsi ilə bağlı mövqeyini açıqlayıb.
Musavat.com xəbər verir ki, Türkiyə hökumətindəki mənbə RİA Novosti agentliyinə bildirib ki, Ermənistan-Türkiyə sərhədinin açılması prosesi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının gedişindən asılı olacaq.
Mənbənin sözlərinə görə, hazırda sərhədin açılması ilə bağlı konkret vaxt müəyyən edilməyib. Bununla yanaşı, Ankara Cənubi Qafqazda sabitliyin və mehriban qonşuluq münasibətlərinin inkişafı naminə konstruktiv dialoqun davam etdirilməsinə ümid edir.
Türkiyə tərəfi hesab edir ki, regionda normallaşma proseslərinin irəliləməsi uzunmüddətli sülh və əməkdaşlıq üçün mühüm əhəmiyyət daşıyır.
Musavat.com






