İnsanlara hürriyət, millətlərə istiqlal!

Arda Gülər 70 metrdən tarix yazdı – “Bu uşağın ayağında sanki əlcək var” – VİDEO

6164 15.03.2026 16:24 İdman A A

İspaniya La Liqasının 28-ci turunda “Real Madrid” səfərdə “Elçe” ilə qarşılaşıb.

Musavat.com xəbər verir ki, görüş Madrid klubunun 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçın gedişində “Kral klubu” üstün oyun nümayiş etdirib və ardıcıl qollarla hesabda ciddi fərq yaradıb. Oyunda hesab 39-cu dəqiqədə Antonio Rüdigerin qolu ilə açılıb. 44-cü dəqiqədə Federiko Valverde fərqi artırıb. 66-cı dəqiqədə isə Din Heysen fərqlənərək hesabı 3:0-a çatdırıb.

Ev sahibi yalnız 85-ci dəqiqədə təsəlli qolu tapa bilib. Manuel Anxelin öz qapısına vurduğu top oyunun nəticəsinə təsir etməyib.

Görüşün ən yaddaqalan anı isə 89-cu dəqiqədə yaşanıb. “Real”ın türkiyəli yarımmüdafiəçisi Arda Gülər təxminən 70 metrdən inanılmaz qolla matça damğasını vurub.

Baş məşqçi Alvaro Arbeloanın 58-ci dəqiqədə oyuna buraxdığı 21 yaşlı futbolçu topu təxminən 68 metr məsafədən qapıya göndərib. Gülərin sol ayaqla vurduğu möhtəşəm aşırtma zərbəsi bir dəfə yerə dəyib və qapıçı Matias Dituronun üzərindən keçərək tora düşüb.

Bu qol La Liqa tarixində ən uzaq məsafədən vurulan qollar rekordunu təkrarlayıb. Daha əvvəl bu göstərici 2004-cü ildə “Numansiya” klubunun futbolçusu Antonio Kaso tərəfindən qeydə alınmışdı.

Arda Gülər oyundan sonra sevincini gizlətməyib:

“Möhtəşəm bir qol idi, çox xoşbəxtəm. Qapıçının irəlidə olduğunu gördüm və şansımı sınadım. Möhtəşəm hissdir”.

“Real Madrid”in baş məşqçisi Alvaro Arbeloa da futbolçusunun qolunu yüksək qiymətləndirib:

“Bu qol üçün söz tapmaq çətindir. Sanki sənət əsəridir. Posterini çıxarıb divardan asmaq olar. Belə qolu görmək üçün bilet almağa dəyər”.

Komanda yoldaşları da Arda Gülərin möhtəşəm qoluna heyran qalıb. Braim Dias bildirib ki, belə bir qolu uzun müddətdir görməyib.

“Real Madrid”in rəsmi sosial şəbəkə hesabında “Bu uşağın ayağında sanki əlcək var” paylaşımı edilib.

La Liqanın rəsmi səhifəsində isə yazılıb: “Qısaca desək, o, dahidir”.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR