İnsanlara hürriyət, millətlərə istiqlal!

Arvadını zorla dəlixanaya yerləşdirdi... – 9 il iş aldı

923 18.02.2026 21:15 Dünya A A

Qazaxıstanın Türküstan bölgəsində bir kişi arvadını zorla xəstəxanaya yerləşdirdiyinə görə doqquz il müddətinə azadlıqdan məhrum edilib.

Musavat.com ArbatMedia portalına istinadla xəbər verir ki, kişi iki dostu ilə birlikdə arvadını yapışqanlı lentlə bağlayaraq, qanunsuz şəkildə Şımkentdəki psixiatriya xəstəxanasına yerləşdirib.

Qadın müqavimət göstərib, psixi problemləri olmadığını deyib, lakin onlar qadını müalicə müəssisəsinə zorla aparıb və xəstəxanaya yerləşdiriblər. Klinikada müayinə zamanı qadının sağlam olduğu ortaya çıxıb. Bu hadisə ilə bağlı cinayət işi açılıb və hüquq-mühafizə orqanları sağlam qadına qarşı zorakılıq edənlərin özünü qandallayıb təcridxanaya salıblar.

Shyndyk.kz Telegram kanalının məlumatına görə, istintaq hücumun əvvəlcədən planlaşdırıldığını ortaya çıxarıb. Əsas şübhəlinin evində aparılan axtarış zamanı 16 ədəd patron aşkar edilib.

Məhkəmə təşkilatçıya 9, onunla əlbir olanlara isə 8 il həbs cəzası verib. Üç kişiyə həmçinin zərərçəkmişə 11 milyon tenge mənəvi ziyan təzminatı ödəmək tapşırılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR