Çexiya prezidenti Petr Pavel “Narazı Vətəndaşların Aksiyası” (ANO) hərəkatının sədri, milyarder Andrey Babişi ölkənin yeni baş naziri təyin edib.
Musavat.com xəbər verir ki, Babiş 2017–2021-ci illərdə Çexiya hökumətinə rəhbərlik edib.
Yeni kabinet ANO partiyası (nazirliklərin çoxu onlara veriləcək), həmçinin radikal sağ “Azadlıq və Birbaşa Demokratiya” (SPD) və sağ-populist “Avtomobilçilər özləri üçün” partiyası tərəfindən formalaşdırılacaq. Çexiya prezidenti bir həftə ərzində konkret şəxsləri nazir postlarına təyin etməlidir.
Bundan əvvəl Babiş prezidentin tələbi ilə özünün aqrar holdinqi olan “Agrofert”i “kor etimad fondu”na təhvil vermiş, şirkətdəki payına isə kənar idarəetmə tətbiq etmişdi ki, maraqlar toqquşmasının qarşısını alsın. Andrey Babişin sözlərinə görə, o, siyasətdən getdikdən sonra belə konserndəki səhmlərini geri qaytara bilməyəcək, lakin həmin pay uşaqlarına miras kimi ötürüləcək.
Musavat.com






