Avropa Məhkəməsi qərar verib ki, Avropa İttifaqına üzv hər bir ölkə başqa bir üzv dövlətdə rəsmiləşdirilmiş eynicinsli nikahı tanımaq məcburiyyətindədir.
Musavat.com xəbər verir ki, qərar Almaniyada evlənmiş iki polşalı şəxsin müraciəti əsasında çıxarılıb. Onların nikahı Polşada tanınmayıb, çünki bu ölkədə eynicinsli nikahlar qadağandır. Məhkəmə hesab edib ki, belə imtina Avropa hüququnun pozulmasıdır və Aİ vətəndaşlarının “birləşmiş hüquqlarını qorumaqla sərbəst hərəkət etmək” imkanına mane olur.
Qərarın mahiyyəti ondan ibarətdir ki, heç bir ölkəyə daxildə eynicinsli nikahları leqallaşdırmaq tələb olunmur, amma xaricdə rəsmən qeydiyyata alınmış nikahı tanımaq məcburidir.
Hazırda eynicinsli nikahlar ölkə daxilində hələ də Bolqarıstan, Polşa, Rumıniya, Slovakiya, Latviya və Litvada qadağandır. Avropa Məhkəməsinin bu qərarı isə bu ölkələrdə də xaricdə bağlanmış eynicinsli nikahların hüquqi tanınmasını qaçılmaz edir.
Musavat.com






