İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropanın yeni strategiyası: Yaponiya kimi gizli xammal anbarları?

673 02.12.2025 21:47 Dünya A A

Avropa Komissiyasının (AK) Aİ-də kritik xammal təchizatını gücləndirməyə yönəlmiş yeni planı Avropanın nadir torpaq elementləri və digər vacib materiallarla Yaponiyanın təcrübəsinə uyğun şəkildə təmin edilməsini nəzərdə tutur.

Musavat.com xəbər verir ki, bu barədə “Euractiv” portalı məlumat verib.

Qeyd olunur ki, 3 dekabrda komissar Stefan Sejourné tərəfindən təqdim ediləcək plan Brüsseldə “Yaponiyadan ilhamlanmış” adlandırılır. Portala görə Sejourné bildirib ki, AK-nın yeni planı vacib xammal ehtiyatının yaradılmasını və Yaponiyanın hazırda tətbiq etdiyi birgə satınalma sisteminə bənzər mexanizmin formalaşdırılmasını nəzərdə tutur.

Portal xatırladır ki, təbii resurslarla zəif təmin olunmuş Yaponiya hələ 2010-cu ildə xammal tədarükü sahəsində Çindən asılılığı azaltmaq qərarına gəlib. Bu təşəbbüsün həyata keçirilməsinə Enerji Təhlükəsizliyi və Metal Təchizatı üzrə Yaponiya Təşkilatı (JOGMEC) nəzarət edir. Təşkilat kritik xammal satın alır və ehtiyat yaradır. Onun harada saxlanıldığı barədə məlumat dövlət sirridir. Şirkətlər bu ehtiyatdan yalnız öz resursları tükəndikdən sonra istifadə edə bilərlər. Zərurət yaranarsa, hökumət ehtiyatdakı xammalın satışına qərar verə bilər. Bundan əlavə, təşkilat yalnız ölkə daxilində xammalın emalını maliyyələşdirmir, həm də dünyanın müxtəlif yerlərində yeni yataqların kəşfinə sərmayə qoyur və xaricdə fəaliyyət göstərən yapon şirkətlərini dəstəkləyir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR