Avstraliya Silahlı Qüvvələri Ukraynaya 49 ədəd M1A1 Abrams əsas döyüş tankının tədarükünü tamamlayıb.
Musavat.com xəbər verir ki, xarici mətbuatın məlumatına görə, sözügedən tankların göndərilməsi Avstraliyanın Ukrayna qarşısında götürdüyü öhdəliklər çərçivəsində atdığı mühüm addım kimi qiymətləndirilir.
Qeyd olunur ki, M1A1 Abrams tankları müasir döyüş şəraitində yüksək manevr qabiliyyəti və güclü atəş potensialı ilə seçilir. Bu texnikanın Ukrayna ordusunun zirehli texnika parkında mühüm rol oynayacağı bildirilir.
Məlumata əsasən, tankların təhvil verilməsi Ukraynaya göstərilən hərbi-texniki dəstəyin bir hissəsidir və rəsmi Kanberra bundan sonra da Kiyevə yardımını davam etdirməyi planlaşdırır.
Musavat.com






