İnsanlara hürriyət, millətlərə istiqlal!

Axtarış heç də sülh gündəliyinə töhfə sayıla bilməz - Deputat

743 12.12.2025 17:36 Siyasət A A

“Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” də olmayan "Dağlıq Qarabağ"ın adının çəkilməsi, hayların Qarabağdan özləri getmələrinin Azərbaycanın ayağına yazılması, daha dəqiqi 2023-cü ildə keçirdiyimiz antiterror əməliyyatıyla əlaqələndirilməsi, onların geri dönüşlərinə dəstək ifadə olunması və ardından Ermənistan baş nazirinin Qərbi Azərbaycanla bağlı açıqlaması onu göstərir ki, sözügedən axtarış heç də sülh gündəliyinə töhfə sayıla bilməz.

Deputat Sahib Alıyev bunu Musavat.com-a, İrəvanda separatçıların ofisində aparılan axtarışlarla bağlı açıqlamasında bildirib.

S.Alıyev qeyd edib ki, bu, 2026-cı ilin iyununda keçirilməsi planlaşdırılan seçkiöncəsi Ermənistan hakimiyyətinin apardığı təmizləmə əməliyyatının bir hissəsidir: “Yəni bəzi keşişlər və Taşir Samvel hansı məqsədlə həbs edilmişdilərsə, onlarla eyni mərkəzə bağlı olan "arsaxlılar"ın yuvasında axtarış da o məqsədlə aparılır. Cəmiyyətə bu "profilaktik" addımların Moskvanın planlaşdırdığı iddia edilən hakimiyyət çevrilişinin qarşısını almaq üçün atıldığı aşılansa da, burada güdülən əsas niyyət müxalifətin mövqeyini tam laxlatmaq, Qaregin-Levon Ter-Petrosyan-Köçəryan-Sərkisyan kvartetinə bağlı partiya və birliklərin parlamentdə təmsil olunmalarını əngəlləməkdir”.

Elşad,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR