İnsanlara hürriyət, millətlərə istiqlal!

AYNA metrodakı nasazlığa görə QƏRAR VERDİ - Gün ərzində...

1283 21.04.2026 15:14 Ölkə A A

Xəbər verdiyimiz kimi, "Bakı Metropoliteni" QSC-nin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib. Buna səbəb bu gün saat 12:10 radələrində "Ulduz–Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlığın yaranması olub. Hazırda sərnişinlərin ünvana çatdırılmasında çətinlik yaranıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Musavat.com-a bildirilib ki, metro xətləri üzrə olan bütün şəhərdaxili marşrutlara əlavə avtobusların cəlb olunması həyata keçirilir:

"Daşıyıcılara xətlərə əlavə və ehtiyat nəqliyyat vasitələrinin buraxılması ilə bağlı tapşırıq verilib. Prosesə nəzarət olunur".

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR