İnsanlara hürriyət, millətlərə istiqlal!

AZAL faciəsindən sonra Moskva–Bakı xətti: Düşənbə razılaşmalarının icrası gündəmdə

731 30.12.2025 19:08 Gündəm A A

Rusiya Federasiyasında Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşü barədə rəsmi məlumat yayılıb.

Görüş zamanı Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev xarici işlər naziri Ceyhun Bayramovun Rusiya XİN rəhbəri Sergey Lavrova ünvanladığı Yeni il təbrik məktubunun surətini qarşı tərəfə təqdim edib.

Musavat.com xəbər verir ki, tərəflər Azərbaycan–Rusiya münasibətlərinin mövcud vəziyyətini müzakirə edib, eyni zamanda 2025-ci ilin siyasi yekunlarını nəzərdən keçiriblər.

Səfir Rəhman Mustafayev qeyd edib ki, ötən il Azərbaycan–Rusiya münasibətləri üçün 2024-cü ilin dekabrında AZAL-a məxsus sərnişin təyyarəsinin faciəli şəkildə qəzaya uğraması ilə yadda qalıb. Onun sözlərinə görə, bu baxımdan 9 oktyabr tarixində Düşənbədə Azərbaycan və Rusiya prezidentləri arasında keçirilən görüş ikitərəfli münasibətlərin normallaşması istiqamətində mühüm addım olub.

Rəhman Mustafayev diqqətə çatdırıb ki, Düşənbədə iki ölkə lideri arasında əldə olunan razılaşmaların, xüsusilə də Rusiya Prezidenti Vladimir Putinin “belə faciəli hallarda tələb olunan bütün tədbirlərin görüləcəyi, kompensasiyaların ödəniləcəyi və bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcəyi” ilə bağlı bəyanatının tezliklə icrası vacibdir.

Bu kontekstdə vurğulanıb ki, heç bir prosessual qərar Prezident Putinin səsləndirdiyi bu yanaşmanın həyata keçirilməsini əvəz etmir və onu arxa plana keçirmir. Sözügedən mövqe görüş zamanı müsbət qarşılanıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR