İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Avropa Şurasından çıxacaq? - BÖHRAN

656 29.06.2026 15:27 Gündəm A A

Strasburqda keçirilən yay sessiyasında Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycanın daxilində siyasi və ictimai azadlıqların vəziyyətinə dair ayrıca sənəd qəbul edib. Sənədin rəsmi adı “Silencing critical voices in Azerbaijan”dır, yəni “Azərbaycanda tənqidi səslərin susdurulması”.

Onun əsas müəllifi belçikalı deputat Kristof Lakruadır. Sənəd 68 lehinə, 8 əleyhinə və 6 bitərəf səslə qəbul olunub. Bundan əvvəl də Azərbaycanla bağlı qətnamə qəbul olunub. Nümayəndə heyətimizin isə səsvermə hüququna veto qoyulub deyə fəaliyyətini dondurub. Artıq Azərbaycanla AŞ PA arasında dərin uçurum yaranıb. Son qətnamə də göstərir ki, münasibətlərdə geridönüşü sanki mümkün olmayan bir mərhələyə gəlib çatmışıq. Bəzi təhlilçilər AŞ üzvlüyündən çıxmağın zamanı gəldiyini deyirlər.

Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsd olub

Deputat Fazil Mustafa Musavat.com-a bildirib ki, Azərbaycanın AŞ PA ilə bağlı mövqeyi aydındır. Onun sözlərinə görə, Azərbaycan qərəzli, qeyri-obyektiv qurumun məsələlərə baxış bucağını hər dəfə ifşa edib: “Ermənistanın Azərbaycanın ərazilərini işğal altında saxladığı dövrdə belə bu qurum ölkəmizə ikili standartlarla yanaşıb. AŞ PA Azərbaycan ordusu ərazilərimizi işğaldan azad etdikdən sonra demokratiya adı altında, yaxud siyasi məhbus və digər əsaslı süni gündəmlər yaratmağa çalışıb. Amma bu, faydasız yanaşmadır. Bütün hallarda Azərbaycan mahiyyətcə özünün müstəqil siyasətindən uzaqlaşmayacaq. Gələcəyimizi hər hansı diktə ilə müəyyən etmək fikrincə deyilik”.

F.Mustafa qeyd edib ki, indi qəbul olunan qətnamə içi boş sənəddir: “Sadəcə, AŞ PA əvvəlki yanaşmasından fərqli olaraq, prinsipial mövqe nümayiş etdirməyə çalışır. Xatırladaq ki, qurum nə indi, nə də əvvəllər Ermənistana qarşı analoji addımlar atıb. Azərbaycan müstəqil və güclü ölkə olduğu üçün belə bir vəziyyətdə münasibətlər qurmaqda maraqlı deyil. AŞ PA özü maraqlı olmalıdır ki, Azərbaycanla münasibətləri tənzimləsin. Ölkəmizlə ultimatum dili ilə danışmağın heç bir təsiri olmayacaq. Azərbaycan üzvlüyə daxil olanda müəyyən öhdəliklər götürüb və onlara əmək edib. Azərbaycanın müstəqil siyasətinə müdaxilə cəhdləri dövlətimiz tərəfindən məqbul sayıla bilməz”.

Nigar Həsənli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR