İnsanlara hürriyət, millətlərə istiqlal!

"Azərbaycan bölgədəki gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazırdır"

754 31.01.2026 21:20 Son xəbər A A

“Azərbaycan gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazırdır”.

Musavat.com xəbər verir ki, bunu Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla telefon söhbəti zamanı bildirib.

Dövlət başçısı bölgədə yaranmış vəziyyətin narahatlıq doğurduğunu ifadə edərək, Azərbaycanın gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazır olduğunu bildirib və ölkəmizin bu kimi məsələlərin danışıqlar və qarşılıqlı anlaşma yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayıb.

Prezident Məsud Pezeşkian öz tərəfindən Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR