İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Tavuş sərhədində “gözünü” böyütdü: Erməniləri qorxudan qüllə

1298 15.07.2025 14:22 Region A A

Azərbaycan ordusunun Ermənistanla sərhəddə yerləşdirdiyi yeni radio-kəşfiyyat qülləsi erməni tərəfdə ciddi narahatlıq yaradıb.

Musavat.com erməni mənbələrinə istinadla xəbər verir ki, qüllə Tavuş vilayətinin Noyemberyan bölgəsinə yaxın yüksəkliklərdə quraşdırılıb.

Erməni siyasətçi Sərkisyanın dediklərinə görə, Azərbaycan bu addımı 2024-cü ildə delimitasiya prosesləri nəticəsində nəzarətə götürdüyü möhkəmləndirilmiş mövqelərdə atıb. Sərkisyan bildirib ki, 30 il ərzində Ermənistanın hərbi mövqeləri olan həmin ərazilər indi Azərbaycanın nəzarətindədir və oradan genişmiqyaslı radio-kəşfiyyat fəaliyyətləri həyata keçirilir.

Qeyd olunur ki, Azərbaycan hərbçilərinin quraşdırdığı iri radio qülləsi Ermənistan-Gürcüstan avtomobil yolundan aydın görünür. Erməni siyasətçi həmin görüntüləri elə bu yoldan çəkərək yaydığını açıqlayıb.

Azərbaycan tərəfi isə bu addımı sərhədlərin möhkəmləndirilməsi və bölgədə uzunmüddətli təhlükəsizliyin təmin edilməsi çərçivəsində atır. Ekspertlər hesab edirlər ki, strateji yüksəkliklərdə belə texnoloji imkanların yaradılması sərhəd təhlükəsizliyini ciddi şəkildə gücləndirir və Azərbaycanın kəşfiyyat üstünlüyünü təmin edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR