İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Polşaya iki kənddə Volın qurbanlarını axtarmağa icazə verib

324 05.06.2026 10:12 Dünya A A

Ukrayna Polşaya Volın qırğını qurbanlarının qalıqlarını axtarmaq və yenidən dəfn etmək üçün iki icazə verib.

Musavat.com xəbər verir ki, bunu Kiyevdən Polşa Milli Xatirə İnstitutu istəmişdi.

İnstitutun yaydığı açıqlamaya əsasən 4 iyun 2026-cı ildə Ukrayna Mədəniyyət Nazirliyinin Volındakı Lyuboml rayonunun (ləğv edilmiş, indi Kovel rayonu – red.) Ostrovki və Volya-Ostrovetska kəndlərində eksqumasiya işləri aparmaq üçün Milli Xatirə İnstitutuna icazə verib.

Bildirilir ki, aprelin sonlarında bu iki keçmiş kəndin yerində dəfn yerlərinin axtarışı üçün ilkin işlər aparılıb. Nəticədə iki kütləvi məzar və bir tək məzar tapılıb. Ümumilikdə, onların içərisində 350 polyakın qalıqlarının ola biləcəyi təxmin edilir.

30 avqust 1943-cü ildə polyak azlığının yaşadığı Ostrivki və Volya Ostrovetskaya kəndlərinə İvan Klimçakın rəhbərlik etdiyi Ukrayna Üsyançı Ordusunun "Bug" bölməsinin yaraqlıları hücum edib. Hücum zamanı 1100-dən çox polyakın öldürüldüyü bildirilir.

Volın qırğınının qurbanlarının məzarlarının ilk axtarışı 2025-ci ilin aprelində Ternopil bölgəsinin keçmiş Puznıki kəndində başlayıb. Mart ayında Rovne bölgəsinin Uxlı kəndində polyak məzarlarının axtarışı aparılıb. Polşa həmçinin Lvov bölgəsinin keçmiş Huta Peniatskaya kəndi ərazisində axtarış və eksqumasiya işləri aparmaq üçün icazə alıb. Ukrayna da öz növbəsində Polşada UPA üzvlərinin qalıqlarını axtarır. İlk belə axtarış 2025-ci ilin oktyabr ayında Polşanın Yureçkova kəndi yaxınlığında aparılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR