İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan və ABŞ bu məsələləri müzakirə etdi

601 27.01.2026 10:06 Siyasət A A

Azərbaycan və ABŞ humanitar minatəmizləmə sahəsində gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıb.

Bu barədə Musavat.com-a Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov ABŞ-nin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon ilə görüşüb.

Görüşdə Azərbaycanın üzləşdiyi mina problemi və bu problemin aradan qaldırılması istiqamətində icra edilən humanitar minatəmizləmə fəaliyyətinin gedişatı barədə təqdimat edilib.

Həmçinin, ABŞ tərəfindən dəstək imkanları, habelə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR