İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycandan Ermənistana çatan benzinlə bağlı SON DƏQİQƏ məlumatı

1224 19.12.2025 17:35 Siyasət A A

Azərbaycandan neft məhsulları daşıyan qatar artıq Tavuş bölgəsindəki Ayrum stansiyasına çatıb.

Musavat.com xəbər verir ki, bu barədə "Sputnik-Armenia" məlumat yayıb.

Bildirilir ki, ümumi həcmi 1218 ton olan benzin partiyası iki özəl şirkət tərəfindən idxal edilib, lakin şirkətlərin adları açıqlanmır.

Məlumata görə, 22 vaqondan ibarət yanacaq qatarı artıq Ayrum dəmir yolu stansiyasına daxil olub.

Bu barədə "Sputnik-Armenia" benzin idxalı ilə məşğul olan bir sıra şirkətlərə müraciət edib. CPS-Oil və Flash şirkətləri, eləcə də hakim “Vətəndaş Müqaviləsi” fraksiyasından deputat Xaçatur Sukiasyanın mətbuat xidməti (ona Gulf və Ran Oil yanacaqdoldurma şəbəkələri məxsusdur) bildiriblər ki, Azərbaycandan gətirilən benzin partiyası ilə heç bir əlaqələri yoxdur.

Qeyd olunur ki, Ermənistanda neft məhsullarının idxalı ilə Max Oil və Shell şirkətləri də məşğuldur. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR