Tanınmış şair Musa Ələkbərli vəfat edib.
Musavat.com xəbər verir ki, o, 76 yaşında dünyasını dəyişib.
Musa Ələkbərli uzun illər ədəbi mühitdə fəal fəaliyyət göstərib, bir sıra kitabların müəllifi və redaktoru kimi oxucuların rəğbətini qazanıb. Şair eyni zamanda “Şur” nəşriyyatının direktoru vəzifəsində çalışaraq milli ədəbiyyatın nəşri və təbliği istiqamətində mühüm xidmətlər göstərib.
Allah rəhmət eləsin!
Şahanə Rəhimli
Musavat.com






