İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azza”dan alınan tortdan zəhərlənmə iddiası – ana və uşaq xəstəxanaya yerləşdirildi - FOTO

984 28.12.2025 10:02 Hadisə A A

“Azza” şirniyyat evindən alınan tortdan zəhərlənmə ilə bağlı iddia irəli sürülüb.

Musavat.com xəbər verir ki, bu barədə iddiaçı müştəri sosial şəbəkədə müştərilərə aid məşhur qrupda paylaşım edib. Onun sözlərinə görə, tort dekabrın 25-də alınıb, dekabrın 27-də isə yeyilib. Tortdan istifadə edildikdən sonra iki nəfər – ana və uşaq özünü pis hiss edib və xəstəxanaya yerləşdirilib.

Müştəri bildirir ki, məhsulun üzərində saxlanma müddəti 96 saat olaraq qeyd edilib. Onun iddiasına əsasən, zəhərlənməyə səbəb tortun köhnə olması deyil, başqa amillər olub.

Məsələ ilə bağlı “Azza” şirniyyat evinin mövqeyini dərc etməyə hazırıq.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR