İnsanlara hürriyət, millətlərə istiqlal!

Bağ evində tapdığı qaşığa görə MƏHKƏMƏLİK OLDU

1039 02.12.2025 17:08 Dünya A A

Moskvalı bir kişi köhnə bağ evini yığışdırarkən qaralmış gümüş qaşıq tapıb.

Musavat.com xəbər verir ki, əvvəlcə əhəmiyyətsiz əşya kimi görünən bu tapıntı, iri dəyərə çevrilib.

O, qaşığı tullamaq əvəzinə şəkilini neyroşəbəkəyə yükləyib və nəticə hamını təəccübləndirib.

Neyroşəbəkə naxışı analiz edərək bildirib ki, bu əşya XIX əsrin məşhur ustası Yeqor Çeryatovun işi ola bilər.

Sonradan peşəkar qiymətləndirici də təsdiqləyib ki, tapılan qaşıq təxminən 320 min rubl dəyərindədir.

Sevincək kişi tapıntı barədə qohumlarına xəbər verib, lakin sevinmək əvəzinə, onlar iddia ediblər ki, “bağ evi ümumi olubsa, tapıntının pulu da bölünməlidir”.

Kişi isə cavab verib ki, “əşyayı mən tapmışam”. Qohumlar isə məhkəməyə müraciət edəcəklərini deyiblər.

Hazırda moskvalı kişi sosial şəbəkələrdə məsləhət istəyir. Belə vəziyyətdə tapıntı kimin olur?

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR